Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
21 İyul , 2018

21 iyul 2018-ci il tarixdə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına Göygöl rayonu ev sahibliyi etdi. Şəhərin Heydər Əliyev adına istirahət parkındaMədəniyyət Nazirliyinin 15 regional idarəsinin hər birinin festival çadırları qurulub, idarələr üzrə şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələrinin, rəsm və suvenirlərin, digər əl işlərinin sərgisi və satışı keçirildi. Göygöl şəhər Mərkəzi kitabxanası Prezidentimiz cənab İlham Əliyevin sərəncamına əsasən latın qrafikası ilə yenidən çap olunmuş və kitabxanalara hədiyyə edilmiş ədəbiyyatın sərgisini  də təşkil etdi.Festivalın açılış mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, Göygöl rayon rəhbərliyi, regional idarələrin rəhbərləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak etdilər.Tədbir iştirakçıları əvvəlcə şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri və əl işləri ilə tanış oldular.Sonra Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış etdilər.Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən hərarətlə qarşılandı. Rayon sakinləri bölgələrdə bu cür festivalların keçirilməsinə görə təşkilatçılara minnətdarlıqlarını bildirdilər.Müxtəlif şəhər və rayonlardan gəlmiş sənətkarlar, rəngarəng əl işlərini həvəslə nümayiş etdirən ustalar da festivalın təşkilindən, belə bir layihədə iştirak etməkdən məmnunluqlarını ifadə etdilər.

 

Foto Qalereya