Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
1 İyun , 2018

Göygöl rayon MKS-nin 1 saylı Şəhər kitabxana- filialı  1 İyun 2018-ci il tarixdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “ Uşaqlar bizim gələcəyimizdir” başlığı altında şənlik keçirdi.Tədbiri MKS-nin 1 saylı Şəhər kitabxana-filialnın müdiri tədbiri açıq elan edərək uşaqları bu gözəl gün münasibətilə təbrik etdi, onlara uzun ömür, can sağlığı, firəvan yaşamalarını  arzu etdi.1 saylı Şəhər kitabxana-filialının müdiri Hümbətova Rəfiqə Məhərrəm qızı bu günün yaranma tarixindən danışdı. Tədbirdə 2 saylı “Cücələrim” uşaq bağçasının fidan balaları vətənə, azadlığa, xalqa uşaqlara həsr olunmuş şeirlər söylədilər.

 

Foto Qalereya