Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
21 Sentyabr , 2018

 

21 Sentyabr  2018-ci il tarixdə Göygöl şəhər S. Vurğun adına MK-nın Xidmət şöbəsində  21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş  ədəbi- bədii  gecə   keçirildi. Oxu zalında  “21 sentyabr – Beynəlxalq Sülh Günüdür” başlığı altında kitab sərgisi təşkil olunmuşdur.  Tədbirdə kitabxananın böyük kitabxanaçısı Ü. Mustafayeva məruzə oxudu,   məktəblilər sülhə, dostluğa həsr olunmuş şeirlər  söylədilər. Sonra mövzunu əhatə edən video-çarx göstərildi və Xalq artisti Zeynəb Xamlarovanın ifasında”Ananın səsi” mahnısı  dinlənildi.  Tədbirin sonunda məktəblilər  sərgidə nümayiş olunan ədəbiyyatla maraqlandılar.

 

Foto Qalereya