Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
31 Avqust , 2018

31 iyul 2018-ci il tarixdə S. Vurğun adına MK-nın Xidmət şöbəsi “1 Avqust Azərbaycan dili, Azərbaycan əlifbası günündür” başlığı altında tədbir keçirdi. Oxu zalında “1 Avqust - Azərbaycan dili, Azərbaycan əlifbası günündür” başlığı altında kitab sərgisi tərtib olunmuşdur. Kitabxananın multi-mediya üzrə mütəxəssisi A. Namazovanın oxuduğu məruzə dinlənildikdən sonra tədbir iştirakçılarına Azərbaycanın Xalq şairi B. Vahabzadənin yazdığı və özünün söylədiyi “Ana dilim” şeiri, ana dilimizin qorunub bu günə çatdırılması üçün xalqımızın keçdiyi keşməkeşli yollardan bəhs edən video-slaydı təqdim olundu. Tədbir iştirakçılar tərəfindən böyük maraqla izlənildi.

 

Foto Qalereya