Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
11 Oktyabr , 2018

MKS-nin S.Vurğun adına Mərkəzi kitabxananın oxu zalında “Beylənxalq Qızlar Günü” münasibəti ilə “Beylənxalq Qızlar Günü” mövzusunda geniş məruzə oxundu. Məruzədə 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qızlar Günü kimi qeyd olunduğundan, qızların hüquqlarının müdafiəsindən, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasından, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlardan və onların hüquqlarının pozulmasından bəhs edildi.  Tədbir iştirakçılarına üz tutaraq  övladlarının təhsil almasında, sağlam böyüməsində, məcburi evlilik, ayrı-seçkilik, zorakılıq və digər problemlərdən müdafiə olunmaqda  onların  bu  mövzuda maarifləndirilməsində yardımçı olmaları tövsiyə edildi.

Foto Qalereya