Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
15 Oktyabr , 2018

15 oktyabr 2018-ci il tarixdə Uşaq şöbəsi “8 Mart” Məktəbəqədər tərbiyə müəssisəsində oldu. 15 oktyabr “Dünya Əl Yuma” günü münasibəti ilə tədbir keçirdi. Tədbirdə Oxu zalının müdiri Gülnarə İsmayılova məruzə ilə çıxış edərək  sağlamlığın  həyatımzdakı rolundan, uşaqların  sağlam böyüməsindən, çirkli əllərdən yaranan xəstəlikdən, yoluxucu xəstəliklərin qarşısının alınması və gigiyena baxımından əllərin düzgün yuyulmasının vacibliyini  vurğuladı. Uşaqlara əllərin   doğru yuyulması üçün  aşağıdakı sual və tövsiyələr verildi.

Biz əlimizi nə vaxt yumalıyıq?" əllər yuyulmalıdır. Necə?

• Tualetdən istifadə etdikdən sonra

•Yemək hazırlamadan əvvəl

• yeməkdən əvvəl

• Çiy ətə və balıqlara toxunduqdan sonra

• Burun təmizlənəndən və ya asqırdıqdan sonra

• Heyvanlara, hətta özünüzə toxunduqdan sonra

• ictimai yerləri ziyarət etdikdən sonra

•ictimai nəqliyyatdan sonra

•Evi təmizlədikdən sonra

• Xəstə ilə təmasdan sonra

• xəstənin əşyalarına əl vurduqdan sonra

• Bezi dəyişdirildikdən sonra

•Yaranın müalicəsindən əvvəl və sonra

• Və sadəcə, əllər çirkli və ya uzun müddət yuyulmadığı təqdirdə.

Sonda uşaqlara gigiyenik prosedura hər gün əməl etməyi və əllərin  düzgün  yuyulması məsləhət verildi.

Foto Qalereya