Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
18 Oktyabr , 2018

2018-cı il Oktyabr ayının 18-də Göygöl şəhər S. Vurğun adına MK-nın Oxuculara xidmət şöbəsində 18 Oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Azərbaycanın Müstəqilliyi Əbədidir!” başlığı altında tədbir keçirildi. 18 Oktyabr Dövlət Müstəqilliyi gününə həsr olunmuş məruzədə  Xidmət Şöbəsinin baş kitabxanaçısı Məhərrəmova Gültəkin çıxış edərək 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun , sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilməsindən, 1994-cü ilin 15 Oktyabr tarixindən, Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü hər il xalqımız tərəfindən bir bayram kimi qeyd edilməsindən bəhs etdi. Sonda video-slayd tədbir iştirakçılarına təqdim olundu.

Foto Qalereya