Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
26 Oktyabr , 2018

Göygöl rayon MKS-inin Uşaq şöbəsi  26 oktyabr 2018-ci il tarixdə Uşaq hüquqları  aylığı çərçivəsində İlqar Novruzov adına 4 №li tam orta məktəbdə  tədbir keçirdi.

  Tədbirdə ilk öncə uşaq hüquqlarının təbliğinə həsr olunmuş   “Sənin hüquq və azadlıqların” başlığı altında kitab sərgisi tərtib edildi. Uşaq  şöbəsinin biblioqrafı  Cəmilə Əliyeva uşaqlarda hüquqi bilik,  hüquq düşüncəsi və hüquq mədəniyyətini inkişaf etdirmək məqsədilə  “Uşaqlar arasında hüquqi biliklərin təbliği” adlı məruzədə uşaqların hüquqlarından , müdafəsindən danışdı. Sonra uşaqlara suallar verildi, hərə öz hüququndan danışdı. Sonda mövzuya aid video-slayd  təqdim olundu. 

Foto Qalereya