Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
2 Noyabr , 2018

Göygöl rayon S.Vurğun adına  Mərkəzi kitabxanasının Uşaq şöbəsi tərəfindən 02.11.2018-ci il tarixdə  şəhər  3 saylı körpələr evi uşaq bağçasında səyyar kitabxana xidməti təşkil olunub. Tədbirin məqsədi uşaqları mütaliəyə həvəsləndirmək, onlara oxu vərdişləri aşılamaq, azyaşlıların diqqətini uşaq ədəbiyyatına cəlb etməkdir. Uşaqlar kitabxanaçı Gülnarə İsmayılovanın nağıl sovqatına maraqla qulaq asıblar. Hər bir nağılın sonunda usaqların nağılı daha dərindən dərk etməsi və yadda saxlaması üçün, buradakı qəhrəmanlar və hadisələr haqqında müzakirələr aparılıb, ilk dəfə eşitdikləri sözlərin mənası onlara aydın şəkildə izah edilib. 

Foto Qalereya