Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
3 Noyabr , 2018

Göygöl rayon  S.Vurğun adına MK-nın  Uşaq şöbəsi 3 noyabr 2018-ci il tarixdə 2 saylı "Cücələrim" uşaq bağçasında “Nağıl saatı” keçirdi. Tədbirdə kitabxananın azyaşlı oxucuları iştirak etdilər. Oxu zalının müdiri İsmayılova Gülnarə uşaqlara Azərbaycan və Dünya ədəbiyyatı nağıllarından ibarət “Livefan, tülkü və balıqlar” , “Tülkü tülkü, tünbəki ” və “Çınqıdı çınqıdı bala sərçə” nağıllarını oxuyaraq, onları sehirli aləmə aparıb. Gülnarə İsmayılova bildirib ki, nağıllar nəsildən-nəsilə ötürülən, körpələrin dünya ilə təmasını tənzimləyən, onların  dünya görüşünü artıran əvəzsiz bir xəzinədir. Məqsədimiz  uşaqları körpə yaşlarından kitabxanaya cəlb etmək, kitaba olan maraqlarını artırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir. “Nağıl saatı”  maraqlı diskussiya ilə davam edib.

Foto Qalereya