Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
6 Fevral , 2015

6 fevral 2015-ci il tarixdə Mərkəzi kitabxana Göygöl şəhər Mədəniyyət evində Göygöl rayon Haçaqaya kənd sakini Azərbaycanın Milli Qəhrəmanı Elşad Ramiz oğlu Məmmədovun anadan olmasının 40 - cı ildönümünə həsr olunmuş “Vətən mənə oğul desə nə dərdim!” başlığı altında ədəbi - bədii kompozisiya keçirdi. Şəhər mədəniyyət evində “Elşad Ramiz oğlu Məmmədov -40”başlığı altında kitab sərgisi  təşkil olunmuşdur. Tədbiri açıq elan etmək üçün söz Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə xanım Hümbətovaya verildi. Sonra Xidmət şöbəsinin böyük kitabxanaçısı Ülviyyə Mustafayeva qəhrəmanın həyat və keçdiyi döyüş yolundan danışdı. Tədbir iştirakçılarına Milli Qəhrəman Elşad Məmmədova həsr olunmuş slayd təqdim olundu. Şəhər 4 saylı orta məktəbin şagirdləri vətənə, xalqa, xalqımızın igid oğullarına həsr olunmuş şeirlər söylədilər. Tədbirdə Milli Qəhrəmanımızın anası Xumar xanım, bacısı, RİH-dən nümayəndə və məktəblilər iştirak edirdilər.