Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
17 May , 2011

KİTAB BAYRAMI.

Heydər Əliyev adına istirahət parkı gül-çiçək, rəngli şarlar, H.Əliyevin mədəniyyət və kitabxana haqqında və görkəmli  insanların kitab haqqında dediyi müdrik kəlamlar yazılmış plakatlarla və sımvolik olaraq böyük kitab maketləri ilə  bayramsayağı bəzədilmişdir.

Kitab bayramında müxtəlif başlıqlar altında sərgilər: “Yeni kitablar”, “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən latın qrafikası ilə çap olunan və kitabxanalara hədiyyə edilmiş kitablar.”, “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”, “Tarixi yaradan dahi şəxsiyyət”,  “Azərbaycan Böyük Vətən Müharibəsi illərində”, “Çox oxusan çox bilərsən”, “Tu learn English”, “2011-ci il Azərbaycanda “Turizm ilidir”, “Yaddan çıxmaz Qarabağ”, “Qanun hüquqlarımızın keşikçisidir”, “Yerli yazarlarımız”, “Kitabxanamızın ən qədim kitabları”, “Uşaq ədəbiyyatından nümunələr” və s. təşkil olunmuşdur ki, bu sərgilərdə 1000 nüsxədən çox kitab nümayiş etdirilmişdir. Tədbir iştirakçıları sərgidə nümayiş olunmuş  kitablara böyük maraqla yanaşırdılar.

Tədbiri Göygöl rayon MKS-nin direktoru İntizar xanım Əliyeva giriş sözü ilə açaraq gələn qonaqları salamlamış, tədbirin mahiyyətindən danışmışdır. Göygöl rayon Mədəniyyət evinin “Nərgiz” instrumental ansanbılının və “Bahar” rəqs qrupunun hazirladığı şən musiqi nömrələri, 7 saylı “Cücələrim” uşaq bağçasının təqdim etdiyi kompozisiya və məktəblilərin söylədikləri Ümummilli liderimiz Heydər Əliyevə, Vətənə, torpağa, kitaba və kitabxanaya həsr olunmuş şeirlər tamaşaçılarda əsil bayram əhval ruhiyyəsi yaratmışdır.

Regional İnformasiya mərkəzinin köməyi ilə açıq havada qurulmuş manitorda göstərilən “Bir qalanın sirri” bədii filmindən kiçik fraqmentlər həkim Eldostu ilə Elşənin elm, bilik, kitab haqqında olan dialoqu və Elşənlə kitabların söhbəti tamaşaçılarda böyük maraq oyatmışdır.

 Əl işlərindən ibarət “Bacarıqlı əllər” başlığı altında təşkil olunmuş sərgi geniş tamaşaçı kütləsini özünə cəlb edə bilmişdir.

Həmin gün Göygöl rayonunun əhalisi əsil bayram sevincini yaşadı.


Foto Qalereya