Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
8 May , 2012

Göygöl rayon MKS-nin Xidmət şöbəsində 8 May 2012-ci il tarixdə Şuşa şəhərinin erməni işğalçıları tərəfindən işğal olunmasının 20-ci ildönümünə həsr olunmuş “Şuşasız 20 il” başlığı altında ədəbi-bədii gecə keçirilmişdir.

Tədbirdə Göygöl rayon İH başçısının Təhsil, Səhiyyə və Mədəniyyət işləri üzrə müavini K. İbrahimova, rayon Təhsil şöbəsinin, Mədəniyyət və Turizm şöbəsinin işçiləri və məktəblilər iştirak edirdi.

“Şuşasız 20 il” və “Yaddan çıxmaz Qarabağ!” başlığı altında kitab və dövri mətbuat sərgisi, Şuşa haqqında slaydlar “Şuşa uşaqların gözü ilə” məktəblilərin rəsm əsərlərindən ibarət sərgi tamaşaçılar tərəfindən maraqla qarşılandı.

K. İbrahimovanın, Ü. Mustafayevanın, F. Abdullayevanın Şuşanın yaranması, istedadlı şəxsiyyətləri, Şuşanın ermənilər tərəfindən işğalı haqqında məruzələr dinlənildi.

G. Məmmədovanın söylədiyi R.Rzanın və Z.Yaqubun Şuşaya həsr olunmuş şeirləri, Aşıq Şəmşir adına Uşaq musiqi məktəbinin şagirdlərinin təqdim etdikləri Şuşaya həsr olunmuş mahnılar və “Qarabağ şikəstəsi” tədbirə xüsusi ahəng verdi.

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

 

Foto Qalereya