Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
17 Yanvar , 2019

 2019-cu il 17 yanvar tarixində MKS-in Şəhər kitabxana filialında   "Qanlı Yanvar, Şanlı Yanvar” adlı tədbir  keçirilmişdir.Tədbiri giriş sözü ilə açan Şəhər kitabxana filiaılnın müdiri R.Hümbətova 20 yanvar hadisələri haqqında  məlumat verərək qeyd etdi ki, yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar  hadisələrinə düzgün qiymət verilmiş və faciəni törədənlərin kimliyi xalqa çatdırılmışdır. Sonra o,  "Qanlı Yanvar" faciəsinin tarixi, baş vermə səbəbləri, hadisələrin gedişatı və müqəddəs şəhidlərimiz haqqında geniş məruzə ilə çıxış etdi. Tədbirin sonunda “Qanlı Yanvar”a həsr olunmuş sərgiyə baxıldı.

Foto Qalereya