Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
18 Yanvar , 2019

18 yanvar 2019-cu il tarixdə S.Vurğun adına  Mərkəzi kitabxananınn oxuculara   Xidmət şöbəsində 1990-cı il 20 Yanvar hadisələrinin 29-cu il dönümünə həsr olunmuş “20 Yanvar – Xalqımızın  şərəf və qəhrəmanlıq salnaməsi” bağlığı altında  tədbir keçirildi. Ilk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Oxu zalında “20 Yanvar – Xalqımızın  şərəf və qəhrəmanlıq salnaməsi” bağlığı altında kitab sərgisi və foto-stend təşkil olunmuşdur.  İştirakçılara o gecənin vəhşətindən, xalqımızın başına gətirilmiş müsibətdən bəhs edən məruzə və video- çarx təqdim olundu. 

Foto Qalereya