Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
16 Yanvar , 2019

Göygöl rayon  S.Vurğun adına  MK-nin Uşaq şöbəsi 16 yanvar  2019-cu il tarixdə Oxu zalında 20 yanvar 1990-cı ildə Bakıda törədilmiş qanlı hadisələrin qurbanlarını yad edərək “20 Yanvar Qəhrəmanlıq abidəsi” başlığı altında tədbir keçirdi. İlk öncə mövzunu əhatə edən kitab sərgisi tərtib olunmuşdur.  Sonra şəhidlərimiz bir dəqiqə sükutla yad edildi.Tədbirdə məruzə etmək üçün söz biblioqraf Əliyeva Cəmilə xanıma verildi. Məruzədə Azərbaycan xalqının başına gələn müsibətlərdən danışıldı. Tədbirdə orta məktəb şagirdləri, kitabxanaçılar iştirak etdilər. Şagirdlər şəhidlərə aid şeirlər söylədilər.

Foto Qalereya