Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
1 İyun , 2009

Tədbiri giriş sözü ilə Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ş. Hümbətova açdı. Sonra İHB-nın Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə müavini K. İbrahimova, Təhsil şöbəsinin müdiri A. İsmayılov, Gənclər və İdman idarəsinin müdiri Z. Abbasov çıxış edərək körpə, fidan balalarımızı bayram münasibəti ilə təbrik edib, öz ürək sözlərini söylədilər. Tədbirdə Göygöl rayon orta məktəb və məktəbəqədər uşaq tərbiyə müəssisələrinin müəllim və uşaqları iştirak etdilər. Tədbirdə Uşaqları Beynəlxalq Müdafiə Gününün təsis edilməsindən, uşaq hüquqlarının qorunmasından, uşaqların xoşbəxt, firavan, eyni zamanda məsuliyyətli vətəndaş kimi böyüməsindən, Azərbaycan Respublikasının Prezidenti cənab İ. Əliyevin və H. Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili M. Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğıdan söz açdılar. Tədbirin sonunda uşaqlar hədiyyələrlə sevindirildi.


Foto Qalereya