Göygöl rayon Mərkəzi kitabxanası

Göygöl rayon MKS
Elanlar
4 Fevral , 2019

Bildiyimiz kimi mütaliə insanların ictimai şüurunun formalaşmasına və təhsil səviyyəsinin yüksəlməsinə təsir göstərən amillərdəndir. Bu məqsədlə, cari ilin may ayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının  96-cı il dönümü münasibəti ilə regionumuzda “Oxu bayramı” müsabiqəsi təşkil ediləcək.

 

Müsabiqənin layihəsi sizə təqdim olunur.

 

I Müsabiqənin məqsədi:

Ulu Öndər Heydər Əliyevin doğum günü münasibəti ilə mütaliə ənənələrinin təbliğ edilməsi;

 

II Müsabiqədə iştirak :

Müsabiqədə 15-30, 30-50, 50 yaşdan yuxarı kitabsevərlər iştirak edə bilər;

 

III Tələb olunan sənədlər:

  1. Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru tərəfindən təqdim olunan arayış;
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. Oxunmuş kitabların siyahısı;
  4. Oxucu anketinin surəti;

 

Qeyd; Sənədlərin qəbulu 01 may 2019-cu il tarixində başa çatır.

 

IV Qiymətləndirmə meyarları:

  1. Oxucu tərəfindən oxunmuş kitabların sayı;
  2. Müsabiqə iştirakçılarının mütaliə etdiyi kitablar barədə informasiyalılıq səviyyəsi:

 

Müsabiqədə

I yer üçün       _______ bir (300 manat)

II yer üçün     _______  iki (200 manat)

III yer üçün    _______  üç (100 manat) nəfərin mükafatlandırılması nəzərdə tutulmuşdur.

 

Həmçinin müsabiqədə 5 nəfərə həvəsləndirici mükafatlar, 5 nəfərə isə müxtəlif hədiyyələr təqdim ediləcəkdir.