Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
1 Fevral , 2019

1 fevral 2019-cu il tarixdə H.Əliyev Mərkəzində fəaliyyət göstərən Cümşüdlü kənd kitabxana filialı 2 fevral Gənclər günü münasibəti ilə “Gənclər bizim gələcəyimizdir” başlığı altında tədbir təşkil etdi. Bununla əlaqədar Cümşüdlü kənd kitabxana filialının müdiri İbrahimova Aygün və H.Əliyev Mərkəzinin muzey baxıcısı Məmmədova Şəhla məruzə ilə çıxış edərək, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafından, gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrindən, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlərdən, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şəraitdən və gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçməsindən bəhs etdilər.

 

">

Foto Qalereya