Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
31 Yanvar , 2019

Göygöl rayon  S.Vurğun adına Mərkəzi kitabxanasının Xidmət şöbəsində Azərbaycanın mühacir şairi Əli Tudənin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Əli Tudə - 95” başlığı altında ədəbi-bədii gecə keçirildi. Xidmət şöbəsinin Oxu zalında “Əli Tudə - 95”başlığı altında kitab sərgisi təşkil olunmuşdur. Tədbiri Göygöl şəhər Mərkəzi kitabxananın Xidmət şöbəsinin müdiri İ. Sadıqova açıq elan etdi və sözü məruzəçiyə, xidmət şöbəsinin böyük kitabxanaçısı Ü. Mustafayevaya verdi. Məruzədən sonra Əli Tudənin həyat və yaradıcılığına həsr olunmuş “Mən nə gətirdim?” adlı video-slayd tamaşaçılara təqdim olundu. Məktəblilər Əli Tudənin yaradıcılığına müraciət edərək onun vətənə, azadlığa, təbiətə həsr etdiyi şeirlərindən söylədilər.

Foto Qalereya