Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
21 Fevral , 2019
21. 02. 2019- ci il tarixdə Göygöl rayon  S.Vurğun adına  MK-nin Uşaq şöbəsi tərəfindən şəhər 1 saylı tam orta məktəbində Beynəlxalq Ana Dili gününə həsr olunmuş “Beynəlxalq Ana Dili Günü ” adlı tədbir təşkil olunmuşdur. Usaq şöbəsinin müdiri G.İsmayılova ilk öncə tədbir iştirakçılarına Beynəlxalq Ana Dili günü haqqında məlumat verərək bildirdi ki, bu gün bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur, sonra Ana dili ilə bağlı məruzə ilə çıxış etdi. O, qeyd etdi ki, dil insanlar arasında ən gözəl ünsiyyət vasitəsidir və hər bir xalq, hər bir insan öz ana dilini sevməli, onu qorumalıdır.
Foto Qalereya