Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
22 Fevral , 2019
22 fevral 2019-cu il tarixdə Göygöl rayon MKS-inin  şəhər kitabxana filialında  Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar “Xocalı harayı” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada mədəniyyət işçiləri iştirak etdi. Tədbir iştirakçıları əvvəlcə Xocalı hadisələri zamanı şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Filial müdiri R.Hümbətova məruzə ilə çıxış edərək bildirdi ki, bir milləti məhv etmək onun tarixini məhv etməkdən başlayır. Buna görə də biz tariximizi, keçmişimizi dönə-dönə öyrənməli və gələcək nəsillərə ötürməliyik. Sonda tədbir iştirakçıları “Xocalı harayı” mövzusunda təşkil olunmuş sərgiyə baxdılar.
Foto Qalereya