Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
22 Fevral , 2019

   22 Fevral 2019- cu il tarixdə Göygöl rayon MKS-inin Nadil kənd kitabxana filialı Nadil kənd orta məktəbi ilə birlikdə Xocalı Soyqırımının 27-ci ildönümü münasibətilə "Xocalı - əsrin faciəsi" adlı tədbir keçirdi. Tədbirdə Nadil kənd orta məktəbin şagirdləri iştirak etdilər. Qeyd olundu ki, 1992-ci ilin fevral ayında Xocalı əhalisinə qarşı misli görünməmiş soyqırım törədilmişdir. Xocalı Soyqırımı kimi tanınan bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülmüş və əsir götürülmüş, şəhər özü yerlə-yeksan edilmişdir. Şagirdlər Xocalı hadisələri zamanı şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, şeirlər söylədilər, "Xocalı - əsrin faciəsi" mövzusunda təşkil olunmuş sərgiyə baxdılar.

Foto Qalereya