Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
25 Fevral , 2019

 25 fevral 2019 - cu il tarixdə Göygöl rayon MKS - inin Xaqani kənd kitabxana filialının müdiri Məmmədova Günay Xaqani kənd orta məktəbinin şagirdləri ilə birlikdə Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirmişdir. Tədbirdə "Xocalı soyqırımı" başlığı altında faciəni əhatə edən kitab sərgisi nümayiş etdirildi. Şagirdlər Məmmədova Zeynəb və İsmayılova Sofiya Xocalı soyqırımına aid şeirlər söylədilər. Məktəblilər bu faciəli günün heç bir zaman unudulmayacağını söylədilər. Tədbirin sonunda soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Foto Qalereya