Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
25 Fevral , 2019

 Göygöl rayon S.Vurğun adına  MK-nin Uşaq şöbəsi 25 fevral 2019-cu il tarixdə Oxu zalında 26 fevral 1992-ci ildə Xocalıda törədilmiş qanlı hadisələrin qurbanlarını yad edərək Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Xocalı XX əsrin faciəsi” başlığı altında tədbir keçirdi. Tədbirdə orta məktəb şagirdləri iştirak etdilər. İlk öncə mövzunu əhatə edən kitab sərgisi tərtib olunmuşdur. Tədbirdə məruzə etmək üçün söz  biblioqraf  Cəmilə xanıma verildi. Məruzədə Xocalı camaatının başına gələn müsibətlərdən danışıldı. Bir dəqiqəlik sükutla şəhidlərimiz yad edildi. Allah rəhmət eləsin.

Foto Qalereya