Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
16 Aprel , 2019

  XX əsr Azərbaycan ədəbiyyatının görkəmli dramaturqu, əməkdar incəsənət xadimi, şair və nasiri, Cümhuriyyət dövründə milli vətənpərvərlik ruhunda şeirləri ilə tanınan C. Cabbarlının həyat və yaradıcılığına həsr olunmuş “Cəfər Cabbarlı-120” başlığı altında Topalhəsənli kənd kitabxanasında 16.04.2019-cu il tarixdə tədbir keçirildi. Tədbirdə kənd orta məktəbinin şagird və müəllimləri iştirak etdi. Sonra məktəblililər Cəfər Cabbarlının “Ana”,  “Ey dan ulduzu”, “Ölkəm”, “Azərbaycan bayrağına”  adlı şeirlərindən parçalar söylədilər. Daha sonra məktəbin ədəbiyyat müəllimi “Aslan və Fərhad”, “Əhməd və Qumru”, “Müfəttiş”, “Gülər” adlı hekayələri və digər əsərləri barədə məktəblilərə qısa məlumat verdi. Sonda məktəblilər  təşkil olunmuş kitab sərgisi ilə tanış oldular.

Foto Qalereya