Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
23 Aprel , 2019
23 Aprel 2019-cu il tarixdə Göygöl şəhər S.Vurğun adına MK-nın Xidmət şöbəsi və şəhər İ.Novruzov adına 4 saylı orta məktəbin kitabxanası ilə birlikdə 23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar tədbir keçirdi. Məktəb kitabxanasında Mərkəzi kitabxanadan gətirilmiş və məktəb kitabxanasının fondunda olan ədəbiyyatın sərgisi təşkil olunmuşdur. Xidmət şöbəsinin böyük kitabxanaçısı Ü.Mustafayeva və məktəb kitabxanaçısı T.Qəmbərova bu günün yaranma tarixi haqqında və ölkəmizdə bu istiqamətdə görülən işlər barədə danışdılar. Sonra tədbir iştirakçıları sərgidə nümayiş olunan  ədəbiyyatla tanış oldular.
Foto Qalereya