Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
25 Aprel , 2019

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında 25 aprel 2019-cu il tarixli sərəncamının icrası ilə bağlı Kərəmli kənd kitabxana filialı orta məktəb ilə birlikdə “Nəsimi- 650” başlığı altında tədbir təşkil etdi. Tədbirdə Kərəmli kənd orta məktəbinin direktoru, müəllim və şagird kollektivi iştirak edirdilər. Kitabxana filialınınn müdiri T.Cəfərova və məktəb müəllimi M.Hüseynov böyük söz ustası, bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsimi yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verib. Şagirdlər Nəsimin şeirlərinə aid ədəbi-bədii kompozisiya ilə çıxış etdilər, kitab sərgisi ilə tanış oldular. Sərgi şagirdlər tərəfindən böyük maraqla qarşılandı.

Foto Qalereya