Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
30 Aprel , 2019

Görkəmli dramaturq, şair və nasir Cəfər Cabbarlının 120 illik yubileyinin geniş şəkildə qeyd olunması üçün möhtərəm prezidentimiz İlham Əliyev 17 dekabr 2018-ci il tarixində sərəncam vermişdir. Bu munasibətlə Göygöl rayon Zurnabad kənd kitabxana filialı 30.04.2019-cu il tarixində “Cəfər Cabbarlı – 120” başlığı” altında tədbir keçirdi. Tədbiri giriş sözü ilə kitabxana filialının müdiri Raisə Mirzəyeva açaraq görkəmli yazıçının zəngin yaradıcılığından söhbət açıb, onun ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb. Daha sonra Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr olunmuş kitab sərgisi nümayiş olunub. 

Foto Qalereya