Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
İlin yubilyarları
22 Mart , 2019
Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə, Qazax mahalının Şıxlı kəndində anadan olmuşdur. O, fəaliyyətə hekayə ilə başlamış, ilk hekayəti 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı “Kin” povesti və siyasi motivli “Daşqın” romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən “Tərlan” romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə “Nişan üzüyü” hekayəsini, “Fəryad” və ürək povestlərini yazmışdır. 1948-ci ildə Bakı neftçilərinin bədii obrazını “Abşeron” romanında əks etdirmişdir. Yazıçının tarixi mövzulu dram əsərlərində: “Cavanşir”, “Nizami”, “Şamil” görkəmli şəxsiyyətlərin obrazları hazırlanmışdır. M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında bədii şəkildə, sənətkərlıqla əks etdirə bilmişdir. O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan Xalq yazıçısı (1964) və SSRİ Dövlət mükafatı laureatıdır (1950). “Bahar suları” (1930), “Xavər” (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. “Tunel” (1927), “Qan intiqamı” (1928), “Kin” (1935), “Daşqın” (1933-36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaratmışdır. Ən mühüm tarixi əsəri olan “Səhər” (1953), “Tərlan” (1940), “Vətən çiçəkləri” (1942), “Moskva” (1942), “Ürək” (1945), “Fəryad” (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən “Abşeron” (1949), müəyyən mənada onun davamı olan “Qara daşlar” (1957-59) və ölməz “Yeraltı çaylar dənizə axır” (1965-1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir. M. Hüseyn dramaturq kimi də tanınmışdır. O, dram yaradıcılığına “Şöhrət” (1939) pyesi ilə başlamışdır. “Nizami” (1942) və “Cavanşir” (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. “Alov” (1961), “İntizar” (1944, İ.Əfəndiyevlə birgə), “Şamil” (1940-41) və “Qardaşlar” (1948) pyesləri, habelə xatirələri, yol qeydləri “Bir ay və bir gün” (1963), gündəlikləri var. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. Görkəmli ədib M. Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir. Əsərləri: “Bahar suları” (1930), “Xavər” 1930, “Vaqif” (1932), “Daşqın” (1934), “Tərlan” (1940), “Odlu qılınc” (1943), “Vətən çiçəkləri” (1943), “Ölkəm” (1947), “Abşeron” (1949), “Yeraltı sular dənizə axır” (1966), “Əsərləri” (1979), “Komissar” (1980), “Hop- hop” (1987), “Ədəbiyyat və həyat” (1989), “Kin” (1988), “Səhər” (1989) və s. İnternetdə: https://az.wikipedia.org/wiki/Mehdi_Hüseyn