Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
21 May , 2019

21.05.2019-cu il tarixdə Göygöl rayon MKS-inin Nadil kənd kitabxana  filialı orta məktəblə birlikdə   “Nəsimi-650” başlığı altında tədbir keçirdi. Tədbirdə filial müdiri G.Həsənova qeyd etdiki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Məktəbdə kitab sərgisi təşkil olundu sonra tədbir məktəblilərin hazırladıqları kompozisiya ilə davam etdi.

Foto Qalereya