Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
İlin yubilyarları
20 Mart , 2019
Nikolay Vasilyeviç Qoqol 1809-cu ilin mart ayının 20-si Malorusiyanın Poltava quberniyasında, Soroçi qəsəbəsində anadan olmuşdur. Qoqol ilk təhsilini evdə almış, 2 il Poltava qəza məktəbində oxuduqdan sonra təhsilini davam etdirmək məqsədilə Nejinsk ali elmlər gimnaziyasına getmiş və burada ədəbiyyata böyük həvəs göstərmiş, skripkada ifa etməyi, tamaşalarda oynamağı öyrənmişdir. 1828-ci ildə gimnaziyada təhsilini başa vurmuşdur. 1830-cu ildə “Oteçestvennıye zapiski” jurnalında “Basavryuk” adlı ilk povesti işıq üzü görmüşdür. 1831-ci ildə Qoqol Qadın Vətənpərvərlik İnstitutunda müəllim kimi çalışmış, 1834-cü ildə isə Peterburq universitetində tarix kafedrasında kiçik elmi işçi kimi çalışmışdır. Yazıçının Peterburq silsiləsindən olan ən əhəmiyyətli əsəri “Şinel” povestidir. Qoqol Ukraynanı canlandıran “Dikanka axşamları” adlı əsərini ərsəyə gətirəcək hekayələr yazmağa başlayıb. Bu hekayələr 1831-1832-ci illərdə iki cilddə nəşr olunub və çox böyük uğur qazanıb. Hekayələrin təbiiliyi, duyğuları hər kəsə təsir edirdi. 1833- 1835-ci illərdə Qoqol sonradan “Mirqorod əhvalatları” adı altında toplayacağı hekayələrini yazıb. Peterburqda yaxından gördüyü pul, mövqe ehtirası, ictimai bərabərsizlik kimi problemlər “Peterburq hekayələri”ndə özünü göstərib. Kitabdakı ilk hekayə “Nevski bulvarı” 1834-cü ildə yazılıb. Topludakı ən gözəl hekayə sayılan “Kaput” 1839-1840-cı illərdə yazılıb. Bu hekayələrlə Qoqol rus ədəbiyyatında yeni bir cığır açıb. Cəmiyyətin aşağı təbəqələrində yaşayan insanlara qarşı dərin sevgi bu cığırın əsas xüsusiyyətidir. 1842-ci ildə çap olunan “Evlənmə” adlı pyesinə 1833-cü ildə başlayıb. 1834-cü ildə “Müfəttiş”i yazmağa başlayıb və 1836-cı ildə bu əsər teatrda oynanmağa başlayıb. 1842-ci ildə Qoqol iki vacib əsəri sayılan “Ölü canlar”ın birinci cildini və “Şinel” povestini bitirərək nəşr etdirib. “Şinel”də sadə insanların yaşadıqları acılar, məruz qaldıqları haqsızlıqlar və yoxsulluq oxucuya dərindən təsir edəcək formada, professionallıqla qələmə alınıb.1836-cı ildə müəllif bu povesti Puşkinə göstərmiş və onun məsləhəti ilə 4 il sonra təkmilləşdirilmiş variantda çap etmişdir. Qoqol dramaturgiya sahəsində də öz gücünü sınamışdır. 1835-ci ildə “Müfəttiş” əsərini yazmış və bir il sonra bu əsər Moskvada tamaşaya qoyulmuşdur. Qoqol 1836-cı ildə “Ölü canlar” əsərini tamamlamışdır. Məşhur rus yazıçısı Nikolay Vasilyeviç Qoqol 1852-ci il fevral ayının 21-də vəfat etmişdir. Əsərləri: “Dikanka kəndi yaxınlığında xutor axşamları” (1831), Soroçin yarmarkası” (1832), “May gecəsi” (1832), “Köhnə dünya mülkədarı”, “Taras Bulba”, “Vıy” (1835), “Müfəttiş” (1835), “Ölü canlar” (1836), və s. Filmoqrafiya: “Dikanka yaxınlığında xutor axşamları” (film, 1961), “Peterburqdan anonim adam” (film, 1977). İnternetdə: https://kayzen.az/blog/yazar/20298/nikolay-vasilyevic-qoqol.html