Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
İlin yubilyarları
1 May , 2019
İsi Məlikzadə 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olmuşdur. Burada Xalfərəddin orta məktəbini bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Neft-kimya fakültəsində təhsil almışdır. "Əzizbəyovneft" mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası (1957-1961), Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini (1961-1966), "Ulduz" jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib (1966-1973), Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1974- 1976), "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1976-1980), "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1980-1981), "Mozalan" satirik kinojurnalında böyük redaktor (1981-1983), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor vəzifələrində işləmişdir (1983- 1985). Sonra bir müddət yaradıcılıqla məşğul olmuşdur. Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri (1988-1990) işləmişdir. Sonra ömrünün sonunadək "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri (1994- cü ildən), Azərbaycan Mədəniyyət Fondunun Qarabağ fılialının sədri (1990-cı ildən) vəzifələrində çalışmışdır. 1995-ci il dekabrın 5-də vəfat etmişdir. Əsərləri: “Həsrətin sonu” (1964), “Özgə anası” (1969), “Kövrək qanadlar” (1973), “Küçələrə su səpmişəm” (1977), “Yaşıl gecə” (1979), “Günəşli payız” (1982), “Dədə palıd” (1984), “Gümüşgöl əfsanəsi” (1987), “Şehli çəmənlərin işığı” (1991), “Dolaşaların novruz bayramı” (1992) və s. Filmoqrafiya: “İcazə” (film, 1972), “Alma almaya bənzər” (film, 1975) (tammetrajlı bədii film) – redaktor, “Evin kişisi” (film, 1978), “Qatarda” (film, 1981), “Altı duru, üstü quru” (film, 1983), “Dua” (film, 1982), “Evlənmək istəyirəm” (film, 1983), “Harayacan qaçacaqlar” (film, 1983), “Zərbə” (film, 1983), “Gümüşgöl əfsanəsi” (film, 1984), “Qanlı zəmi” (film, 1985), “Kişi sözü” (film, 1987), “Ağ atlı oğlan” (film, 1995) (tammetrajlı bədii film) – ssenarist, “Vətən mənə oğul desə” (film, 1996), “Gəl qohum olaq” (film, 2001), “Güllələnmə təxirə salınır!...” (film, 2002), “Güzgü” (film, 1990)(II), “Hacı Qara” (film, 2002), “Küçələrə su səpmişəm” (film, 2004) və s. İnternetdə: https://az.wikipedia.org/wiki/ İsi_Məlikzadə