Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
27 May , 2019

27 may 2019-cu il tarixdə Göygöl şəhər Mərkəzi kitabxanasında 28 May Respublika günü münasibətilə tədbir keçirilmişdir. Kitabxananın Oxu zalında “Azərbaycanın müstəqilliyi əbədidir” başlığı altında kitab sərgisi tərtib olunmuşdur. Tədbirdə Azərbaycanda ilk demokratik respublikanın yaranması tarixi haqqında məruzə oxundu. Tədbir iştirakçılarına video-çarx və məktəblilərin hazırladığı “Bir kərə yüksələn bayraq, bir daha enməz” başlıqlı ədəbi-bədii kompozisiya təqdim olundu.

Foto Qalereya