Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
31 May , 2019
S.Vurğun adına Mərkəzi Kitabxananın Oxu zalında 31.05 2019 cu  il tarixdə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.   İlk öncə mövzuya dair video-slayd nümayiş etdirilib. Sonra M.Məmmədova  öz çıxışında bildirib ki, hüquqi, dünyəvi və demokratik dövlət olan Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı sahəsində dövlətin həyata keçirdiyi siyasətə hər birimiz dəstək nümayiş etdirməliyik. Dini radikalizmin cəmiyyətimizdə insan hüquq və azadlıqlarına qarşı yaratdığı fəsadlar haqqında ətraflı məlumat verən M.Məmmədova  vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin insan hüquqlarının qorunması,  demokratik inkişaf istiqamətində həyata keçirdiyi siyasət onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, “Qanun hüquqlarımızın keşikçisidir”  başlıqlı kitab sərgisi ilə tanış  oldular.
Foto Qalereya