Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
31 May , 2019

Göygöl rayon S. Vurğun adına MK-nın Uşaq şöbəsi  31 May 2019-cu il tarixdə Nağıl otağında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Dünyamız uşaq gözündə” başlığı altında tədbir keçirdi. Uşaq şöbəsinin baş kitabxanaçısı Nəbiyeva Şövkət açıq elan edərək uşaqları bu gözəl gün münasibətilə təbrik etdi, onlara uzun ömür, can sağlığı, firəvan  həyat yaşamalarını  arzu etdi. Tədbirdə 1saylı “8 Mart uşaq bağçası”nın  uşaqları iştirak edirdi.Şövkət xanım Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranma tarixindən danışdı. Tədbirdə fidan balalar azərbaycana, vətənə, anaya həsr olunmuş şeirlər söylədilər, mahnı oxudular, musiqi səsləndirildi  fidan balalar rəqs etdilər. Musiqi nömrələri uşaqlarda daha şən əhval ruhiyyə yaratdı. Sonra  uşaqlar açıq havada rəsmlər çəkdilər. Sonda uşaqları sevindirmək üçün hədiyyə verildi.

Foto Qalereya