Göygöl rayon Mərkəzi kitabxanası

Göygöl rayon MKS
Tədbirlər
11 İyun , 2019

11.06.2019-cu il tarixdə  Göygöl rayon MKS-inin Haçaqaya kənd kitabxana filialında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirildi.  Tədbir iştirakçıları “Nəsimi-650” adlı kitab sərgisinə baxdılar. Filial müdiri S.Quliyeva böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin keçirilməsi və 2019-cu ilin “Nəsimi ili” elan olunması barədə Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının imzaladığı sərəncamı təhlil edərək bunun ədəbi irsimiz və mədəniyyətimiz üçün son dərəcə əhəmiyyətli bir il olduğunu vurğuladı.  

Foto Qalereya