Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
9 İyul , 2019

09.07.2019-cu il tarixində Göygöl rayon MKS-inin Şəhər kitabxana filialında vətənpərvərlik mövzusunda “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı tədbir keçirildi. İlk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbiri giriş sözü ilə açan filial müdiri R.Hümbətova gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsində, ailə və məktəbin üzərinə düşən məsuliyyətdən danışaraq qeyd etdi ki, biz hər gün gənclərimizi vətənpərvərlik və milli ruhda yetişmələrinə diqqət yetirməliyik.  

Foto Qalereya