Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Şəhidlərimiz
20 Avqust , 2019

Elşad Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.

Elşad Məmmədov 14 fevral 1975-ci ildə Göygöl rayonunun Haçaqaya kəndində anadan olmuşdur. 1990-cı ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordusıralarına çağırılmışdır. Elşad Ağdərədə gedən qanlı döyüşlərdə iştirak etmişdir. 1995-ci il 13-17 mart hadisələri zamanı dövlətçiliyimizə xəyanət edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı o qardaş gülləsinə tuş gəldi.Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Elşad Eldar oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.Göygöl rayonunun Qırıxlı kəndində dəfn edilmişdir.Haçaqaya kənd orta məktəbi qəhrəmanımız Elşad Məmmədovun adını daşıyır.Daşkəsən yolu üstündə büstü qoyulub.


https://www.youtube.com/watch?v=XvdlmdGvnU0