Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
25 Fevral , 2015

25 fevral 2015 -ci  il tarixdə  Göygöl rayon S.Vurğun adına Mərkəi Kitabxananın Oxu zalında kitabxana işçilərinin iştirakı ilə 26 fevral  Xocalı soyqırımının 23-cü idönümü münasibətilə “Xocalı harayı” başlığı fltında tədbir keçirildi.Tədbirdə  faciəni  əks etdirən foto stend ,  “Xocalı harayı “başlığı altında kitab sərgisi və  “ Biz Xocalıya qayıdacağıq!” film slayd nümayiş etdirildi Göygöl rayon MKS-nin direktoru  İntizar Əliyeva tədbiri  giriş  sözü ilə açaraq bildirib ki,.fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb. Sonra məruzə  etmək üçün söz verilib multimedia resursları üzrə mütəxəssis Aynurə Namazovaya. Tədbirdə 4 saylı  orta məktəbin  şagirdləri   Xocalıya, şəhidlərə  aid şeirlər səsləndirdilər. Tədbir iştirakçıları Xocalı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.