Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
İlin yubilyarları
9 İyun , 2019
Hüseynzadə Hüseyn Camal oğlu 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Bakı pedaqoji məktəbində (1937-1940), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri (1957-1959), "Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967), "Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1976-cı ildə Hüseyn Arifin Oğlu (Arif Hüseynzadə) rəhmətə gedib, məhz o gündən sonra əslində Hüseyn Hüseynzadə olan Hüseyn Arif bu adı özünə təxəllüsü götürüb. Oğlunun ölümündən sonra həyatı çox dəyişdi. Hüseyn Arif Yaradıcılığının sonrakı dövrünün böyük bir qismini məhz oğluna yazdığı şeirlər tuturdu. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir. 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunub. Ədəbi fəaliyyətə İkinci dünya müharibəsi illərində başlamışdır. Onun liberettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, "Yolda" poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. 1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatına layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ günlərinin iştirakçısı olmuşdur. Dövrünün dəmir qayda və qanunlarına baxmayaraq azad ruhlu, təbiət vurğunu olan bu şairi Sovet imperiyası öz təsiri altına sala bilmədi. 1992-ci ildə Hüseyn Arif Ağstafa rayonunda vəfat edib. Əsərləri: “Yeni həyat yollarında” (1950), “Mən sülhə səs verirəm” (1951), “Rus dili müəlliməsi” (1954), “Məhəbbət nəğmələri” (1956), “Dostluq telləri” (1960), “Yolda” (1962), “Ömür çeşməsi” (1963), “Sibir töhfələri” (1964), “Torpaq eşqi” (1964), “Diri göl əfsanəsi” (1969), “Bahar gələndə” (1969) və s. Məşhur şeirləri: “Analar”, “Sən Dərsə Gəlməyəndə”, “İnsan”, “Xatırla Məni”, “Könül Deyir Yaşa Hələ”, “Şeir Deyilmi” və s.