Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
İlin yubilyarları
21 İyun , 2019
Cavadov Cəlal Novruz oğlu 1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlı kəndində fəhlə-gənclər məktəbində almış, II dünya müharibəsində iştirak etmiş, ağır döyüşlərin birində kontuziya olduğuna görə tərxis edilmişdir (1943). Bundan sonra Qubadlı rayon daxili işlər şöbəsində VAQ müdiri işləmişdir (1943-1946). Onun "Cənub taydan əsən meh" adlı ilk şeiri də Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilmişdir (1946). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi təyin olunmuşdur (1951). 1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmişdir. Onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl",  "Torpağın ətri", "Çinar yarpağı" televiziya fılmləri çəkilmişdir. "Babək" əsəri Tehranda (1984) farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunmuşdur. Xidmətlərinə görə birinci dərəcəli "İkinci Dünya müharibəsi" ordeni (1986) və medallarla təltif edilmişdir. Cəlal Bərgüşad 1996-cı il iyulun 9-da vəfat etmişdir. Əsərləri: “Bozatın belində” (1958), “Gələcəyi yaradanlar” (1961), “Təzə gəlin” (1962), “Toydan sonra” (1964), “Dərilməmiş salxımlar” (1974), “Sıyrılmış qılınc” (1981), “Şərq çiçəyi” (1985) və s.