Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
8 Noyabr , 2019
08 noyabr 2019-cu il tarixdə Göygöl şəhər S. Vurğun adına MK-nın Xidmət şöbəsində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə ədəbi-bədii gecə keçirildi. Oxu zalında “9 Noyabr – Dövlət Bayrağı Günü” dür başlığı altında kitab sərgisi, foto-stend təşkil edilmişdir. Şəhər 4 saylı və 5 saylı orta məktəbin şagirdləri dövlət bayrağımızın yaranma tarixindən danışdılar, bayrağa, vətənə həsr olunmuş şeirlər söylədilər, müxtəlif musiqi nömrələri ilə çıxış etdilər. Tədbir iştirakçılarına Azərbaycan Dövlət bayrağına həsr olunmuş video-çarxlar təqdim olundu.
Foto Qalereya