Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
17 Yanvar , 2020

17 Yanvar 2020- ci il tarixdə Göygöl rayon MKS-inin Üçtəpə kənd kitabxana filialı kənd orta məktəbi ilə birlikdə 20 Yanvar Ümumxalq Hüzün Gününün 30 illiyi ilə əlaqədar “20 Yanvar azadlıq yolu” başlığı altında anım tədbiri təşkil etmişdir. Tədbir iştirakçıları şəhidlər xiyabanını ziyarət etmiş, şəhidlərin məzarı üstə gül dəstələri qoymuşdurlar. Tədbirdə kitabxana filialının müdiri G.Mahmudova tədbir iştirakçılarına qeyd etdi ki, 20 Yanvar hadisəsinin törədilməsində əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur.

Foto Qalereya