Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
17 Yanvar , 2020

17 Yanvar 2020-ci il tarixdə Göygöl rayon MKS-inin S. Vurğun adına MK-nın Xidmət Şöbəsində 20 yanvar hadisələrinin 30-cu il dönümünə həsr olunmuş “20 Yanvar-xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” adlı ədəbi-bədii gecə keçirildi. Oxu zalında “20 Yanvar-xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” başlığı altında kitab sərgisi, foto-stend təşkil olunmuşdu. Tədbiri MKS-inin direktoru İntizar xanım Əliyeva açıq elan etdi. Sonra məruzəçi Günay Məmmədova çıxış etdi. Məruzədən sonra “20 Yanvar faciəsini unutmadıq, unutmayacağıq!” adlı video-slayd və məktəblilərin 20 Yanvara həsr olunmuş rəsmləri təqdim olundu. Məktəblilər 20 Yanvara həsr olunmuş şeirlər söylədilər.

Foto Qalereya