Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
17 Yanvar , 2020

Göygöl rayon MKS-inin Uşaq şöbəsi 17 yanvar 2020-ci il tarixində Oxu zalında 20 yanvar 1990-cı ildə paytaxt Bakı şəhərində qanlı hadisələrin qurbanlarını yad edərək “Qəhrəmanlıq abidəsi” başlığı altında tədbir keçirdi. Tədbirdə ilk öncə mövzunu əhatə edən kitab sərgisi tərtib edildi. Tədbiri açıq elan etmək üçün söz  MKS-inin direktoru Əliyeva İntizar xanıma verildi. Sonra baş kitabxanaçı Ş.Nəbiyeva məruzə etdi. Məruzədə Azərbaycan xalqının başına gələn müsibətlərdən danışdı. Sonda məktəblilərimiz şəhidlər haqqında şeirlər söylədilər. 

Foto Qalereya