Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
25 Fevral , 2020

Göygöl rayon MKS-inin Topalhəsənli kənd kitabxana filialı orta məktəblə birlikdə 25 fevral 2020-ci il tarixdə Xocalı faciəsinə həsr edilmiş "26 fevral Xocalı soyqrımı günüdür" adlı tədbir təşkil etdi. Tədbiri kitabxananın müdiri  L.Musayeva açaraq bildirdi ki, Xocalı soyqrımı bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılılar hətta amansız soyqrım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə iğidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.

Foto Qalereya