Göygöl rayon Mərkəzi Kitabxana

Göygöl rayon MKS
Tədbirlər
5 Mart , 2015

5 Mart 2015-ci il tarixdə Göygöl rayon MKS- nin S. Vurğun adına MK-da 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Adın şərəflidir sənin , ey qadın!” başlığı altında  tədbir keçirilmişdir. Tədbiri MKS-nin direktoru İntizar xanım Əliyeva açıq elan edərək  məruzə üçün sözü Uşaq şöbəsinin baş  kitabxanaçısı Şövkət  Nəbiyevaya verdi.  Tədbirdə iştirakçılara Azərbaycan qadınlarının cəmiyyətdəki rolundan bəhs  edən slayd, məhşur azərbaycan qadınları haqqında yazılmış kitablardan və qadın yazarlarımızın əsərlərindən ibarət  kitab sərgisi təqdim olunmuşdur.